Bakıda "Özbəkistan seçkisi"

Bakıda Özbəkistanın prezident seçkilərində Bakıda yerləşən seçki məntəqəsində 94,5 faiz seçici səs verib.

Özbəkistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bakıda yerləşən seçki məntəqəsində səsvermə saat 06:00-dan 20:00-a qədər davam edib.
Qeyd edək ki, Özbəkistanda növbədənkənar seçkilər ölkə Konstitusiyasına uyğun olaraq prezident İslam Karimovun 2016-cı ilin sentyabrında 79 yaşında vəfatı ilə əlaqədar keçirilir. Özbəkistan prezidenti beş il müddətinə seçilir.

Tehsil-press.az

Oxşar xəbərlər