Nazir: BTQ Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektliyini artırmaqla, hazırkı yollara güclü alternativdir

Nazir: BTQ Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektliyini artırmaqla, hazırkı yollara güclü alternativdir Asiya və Avropa arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan hər zaman regional və trans-regional uzlaşma təşəbbüslərinin fəal iştirakçısı və reallaşmasında aparıcı rol oynayan dövlət olub.
Bunu nazir Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün Azərbaycan coğrafi qovşaq adlandırılan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin təşviqi üçün üç mühüm layihənin yerinə yetirilməsinə qoşulub: "Strateji Bakı-Tbilisi-Qars (BTQ) layihəsi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmiryol xəttinin istifadəyə verilməsi regional ticarəti asanlaşdıracaq və Şərq və Qərb arasında fasiləsiz dəmiryolu xəttinə çıxışı mümkün edəcək. Biz layihənin bu il başa çatdırılmasını gözləyirik. Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektliyini artırmaqla, BTQ hazırkı yollara güclü alternativdir.
2016-cı ildə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstanı keçməklə Avropaya istiqamətlənən konteyner qatarını istifadəyə verdik. Bu sınaq qatarı sübut etdi ki, bu yol tranzit müddətini 30-35 gündən 15 günədək azalda bilər".

Tehsil-press.az

Oxşar xəbərlər