Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarına çıxmaqda niyyətlidir

Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarına çıxmaqda niyyətlidir Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarlarına geniş məhsul çeşidi ilə çıxmaq niyyətindədir.
Səfirin sözlərinə görə, Azərbaycanın planlarında Bolqarıstanla əməkdaşlığı ticarət, kənd təsərrüfatı, turizm, İKT kimi saələrdə genişləndirmək yer alır.
Diplomat nəqliyyat sahəsində əməkdaşlığın da mühüm olduğu qeyd edərək bildirib: "Hazırda konkret olaraq Qara dəniz-Xəzər dənizi-Fars körfəzi, Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya və Çin ölkələri marşrutları var. Amma Bolqarıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutunda da maraqlıdır".
N.Qurbanova qeyd edib ki, bu ilin oktyabr-noyabr aylarında iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirlməsi planlaşdırılır.
Diplomat əlavə edib: "Biz həmçinin "Made in Azerbaijan" məhsullarının Bolqarıstanda tanıdılmasında maraqlıyıq".
Səfirin sözlərinə gröə, Bolqarıstan eləcə də Azərbaycnnı "Azerspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir.
Azərbayvan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki dövlət arasında mal dövriyyəsi bu ilin yanvar-iyun aylarında 6,39 milyon dollar təşkil edib.

Təhsil-press.az

Oxşar xəbərlər