Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirəsini ehtiramla yad edib.
Bu elm müəssisəsinin əməkdaşları görkəmli alimin anadan olmasının 78-ci ildönümündə İkinci Fəxri xiyabanda Aida İmanquliyevanın məzarını ziyarət edib, əklil qoyublar.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva Aida İmanquliyevanın keçdiyi 53 illik həyat yolunda həm bir alim kimi onun dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını söyləyib. G.Baxşəliyeva Aida xanımın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini bildirib.
Aida İmanquliyevanın ölkəmizi beynəlxalq elmi tədbirlərdə layiqincə təmsil etdiyini deyən G.Baxşəliyeva böyük alimin Rusiya, Almaniya, İngiltərə, Fransa, Özbəkistan, Gürcüstan və bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən, yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu və fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş mütəxəssislərdən olduğunu qeyd edib, tanınmış xarici alimlərin onun barəsində söylədikləri dəyərli fikirləri xatırladıb.
G.Baxşəliyeva Aida xanım İmanquliyevanın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərindən söz açıb, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə özünü bacarıqlı təşkilatçı kimi göstərdiyini, qısa vaxtda bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində xeyli iş gördüyünü vurğulayıb.
G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.
Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov görkəmli alimin mənalı həyat yolundan, dünya şərqşünaslığı üçün qoyub getdiyi zəngin elmi irsindən danışıb. V.Cəfərov Aida xanımın Şərqşünaslıq İnstitutunda ərəb filologiyası şöbəsinin yaradılmasında rolundan söz açıb və onun bu şöbənin ilk rəhbəri olduğunu qeyd edib.
Daha sonra tədbir iştirakçıları Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevaya həsr olunan stendlə tanış olub, görkəmli alimin xatirəsini böyük ehtiramla anıb, onunla bağlı xatirələrini bölüşüblər.
Tehsil-press.az