
G.Baxşəliyeva Azərbaycan–Çin əlaqələrinin möhkəmləndirilməsindən danışıb, ölkələrimiz arasında elmi sahədə də əməkdaşlığın genişləndirildiyini qeyd edib. G.Baxşəliyeva institutda çinşünaslıq sahəsində görülən işlər barədə də məlumat verib.
Qansu vilayətinin İctimai Elmlər Akademiyasının prezidenti Vanq Fuşenq əməkdaşlığın onların bu sahədə fəaliyyətinə böyük fayda verəcəyinə əminliyini bildirib.
Şanxay Universitetinin rəsmi nümayəndəsi Li Renyinq, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, Şərqşünaslıq İnstitutunun Asiya Sakit Okean regionu ölkələri şöbəsinin müdiri Zenfira Şıxəlibəyli elmi müəssisələr arasında başlanacaq əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Himət Əliyev
