Çıxışının sonunda yubilyara BDU-nun Fəxri fərmanını və xatirə hədiyyələrini təqdim edən rektor, ona uğurlar və daha böyük nailiyyətlər arzu edib.
Sonra Şərqşünaslıq fakültəsinin məzunu, millət vəkili Rəfael Hüseynov Elxan Əzizovla dostluq əlaqələrindən danışıb və elmi fəaliyyətinin bəzi məqamlarına diqqət çəkib.
Yubiley tədbirində BDU-nun Tədris-Metodiki Şurasının sədri, akademik Vasif Babazadə, akademik Vasim Məmmədəliyev, professor Əsgər Rəsulov, Əyyub Əzizov, Zeynal Həsənalıyev, Fikrət Şiriyev və başqaları çıxış edərək Elxan müəllimi xeyirxah insan, gözəl alim kimi xarakterizə edib, uğurlar arzulayıblar.
Qeyd edək ki, uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı və «Əməkdar müəllim» fəxri adlarına layiq görülən Elxan müəllim Azərbaycan tarixi və ədəbiyyatı, ərəb dili və ədəbiyyatı, Azərbaycan-ərəb ədəbi əlaqələri ilə bağlı 60-dan çox elmi əsərin, həmçinin 1 monoqrafiya və 6 kitabın müəllifidir.
BDU-nun Mətbuat və informasiya şöbəsi


