
Qeyd olunub ki, Azərbaycan bütün sahələrdə olduğu kimi bu multikulturalizm sahəsində də bütün dünyaya bir örnəkdir. Sonra çıxış edən Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev bildirib ki, 2016-cı ilin “Multikulturalizm ili” elan olunması olduqca mühüm hadisə idi. O, İslam dininin Şərq dünyasına, eləcə də bütün dünyaya bəxş etdiyi müsbət dəyərlərdən danışıb. Vurğulayıb ki, hələ VII əsrdə Ərəb cəmiyyəti cahillik bataqlığına çevrilmişdi. Məhz Məhəmməd Peyğəmbər (Ə.S) ərəb cəmiyyətini, çirkab içində olan ərəb insanını bu bataqlıqdan xilas etdi. Azərbaycanda heç bir şəxs dininə, irqinə görə təqib olunmur. Bütün dinlərin nümayəndələri tam sərbəst şəkildə öz dini ayinlərini yerinə yetirirlər.
Daha sonra Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, dosent Məmmədəli Babaşlı, Ərəb filologiyası kafedrasının baş müəllimi, f.ü.f.d Heybət Heybətov və Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə məruzə ilə çıxış ediblər.
Mətbuat və informasiya şöbəsi


