Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Həftənin ilk iş gününün hava proqnozu açıqlandı Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Abşeronda gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək..
Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.
Rayonlarda əsasən yağmursuz olacaq. Səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Tehsil-press.az



Oxşar xəbərlər