Sabah ölkə ərazisində küləkli, yağmursuz hava olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Tehsil-press.az
- Baxış: 5208
Xəbərin tarixi: 17.10.2017 / 15:46
-
Oxşar xəbərlər
Sabahın havası - küləkli, dumanlı, yağmursuz
Paytaxtda 25°, bölgələrdə 28° isti olacaq
Bu gün temperatur 25°-yə yüksələcək
Küləkli günlərdən sonra havalar isinir
Temperatur 26°-yə yüksələcək
Bakıda 17°, bölgələrdə 23° isti olacaq
İlaxır çərşənbənin havası
Bu günün havası - buludlu, küləkli, yağmursuz
Havanın temperaturu 19 dərəcəyə yüksələcək
Bakıda 15°, bölgələrdə 17° isti olacaq
Bakıda 12°, bölgələrdə 18° isti olacaq
Bu günün havası - günəşli, dumanlı, küləkli
Sabah Bakıda 10 dərəcə isti olacaq
Sabahın havası - paytaxtda buludlu, bölgələrdə dumanlı, çiskinli olacaq
Sabah 19° isti olacaq