Sabahın havası - yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

Sabahın havası - yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-15° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 17-22° isti, dağlarda gecə 3-6°, gündüz 7-12° isti olacağı gözlənilir.

Təhsil-press.az

Oxşar xəbərlər