BSU-nun yataqxanalarındakı məcburi köçkünlər yeni mənzillərə köçürüləcək

BSU-nun yataqxanalarındakı məcburi köçkünlər yeni mənzillərə köçürüləcək Bakı Slavyan Universitetinin (BSU) yataqxanalarında məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləcək.
Professor BSU-nun ümumilikdə 4 yataqxanasının olduğunu bildirib: "Onun üçündə məcburi köçkünlər yerləşdirilib. Qalan digər yataqxananın da bir mərtəbəsində 26 köçkün ailəsi yaşayır. Həmin yataqxanada həm əcnəbi, həm yerli tələbələr, həm də xaricdən universitetimizə dəvət edilmiş müəllimlər yaşayırlar".
Rektor qeyd edib ki, ötən il həmin yataqxanada cari təmir işləri aparılıb: "Bu yaxınlarda bizə belə bir gözəl xəbər verilib ki, yataqxanadakı köçkünlər başqa mənzillərə köçürüləcəklər. Bu isə bizim üçün əlavə imkanlar deməkdir, yəni əcnəbi tələbə və müəllimlərimizin sayını artıra, eyni zamanda, əməkdaşlıq etdiyimiz xarici universitetlərin tələbələri üçün Yay məktəbləri təşkil edə bilərik".

Hikmət Əliyev

Oxşar xəbərlər