Yanvarın 27-si görkəmli Azərbaycan alimi, tarixçi və şərqşünas, tarix elmləri doktoru, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli professor Sara Aşurbəylinin doğum günüdür.
Çətin, keşməkeşli, lakin şərəfli ömür yolu keçən S.Aşurbəyli 1906-cı ildə Bakıda neft sənayeçisi ailəsində dünyaya göz açıb. O, Aşurbəylilər nəslinin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və Bakı şəhərinin tarixinin ümummilli səviyyədə tədqiqinə misilsiz töhfələr verib. Sara xanım 1925-ci ildə İstanbulda Müqəddəs Janna d’Ark adına kolleci,1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini bitirib. Sonralar Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifələrində çalışan S.Aşurbəyli ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxuyub.
Sara Aşurbəyli Bakının tarixini əks etdirən çox qiymətli tədqiqatların - tarix, mədəniyyət, incəsənətə dair əhəmiyyətli məqalələrin müəllifidir. Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixinə dair tədqiqatlarıdır. S.Aşurbəyli ilk və yeganə tarixçidir ki, öz həyatını Bakının (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsr Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunub. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılıb, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunub. O, bu tədqiqatları əsasında Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan tarixində bu gün də önəmli rol oynayan dəyərli tarixi kitabların, elmi monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi, bir sıra beynəlxalq konfransların iştirakçısı olan Sara xanım tarix elmləri doktoru, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı kimi yüksək adlara, 1996-cı ildə 90 illik yubileyi ərəfəsində Azərbaycanın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülüb. S.Aşurbəyli orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq dünyada tanınır. O, “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.
Bakının (İçərişəhər) tədqiqatçısı, əsl elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri olmaqla, özü Azərbaycan xalqının milli sərvətinə çevrilmiş Sara xanım Aşurbəyli ömrü boyu vətənpərvər bir ziyalı olaraq qalıb. O, özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışıb. Bu böyük alimin fəaliyyəti ictimai xarakter daşıyıb. Ulu öndər Heydər Əliyev alimin 90 illiyi münasibətilə ona göndərdiyi məktubda Sara xanımın elmi və ictimai fəaliyyətini belə səciyyələndirib: “...Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”.
Sara xanım təkcə vurğunu olduğu tarix sahəsi ilə kifayətlənməyib. O, həm də gözəl rəssam və musiqiçi idi. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləyib. Müəllimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs deyib. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib. Sərgilərdən birində onun “Göygöl” əsərini Meksika nümayəndələri alıblar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanılır.
S.Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonunadək akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb.
Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat edib.

Kəmalə Rəhimli