XX əsrdə Azərbaycanın tarix elmi çətin, ziddiyyətli, eyni zamanda, şərəfli səhifələrlə dolu yol keçib. Bu dövrün 70 ili Azərbaycanın sovet dövrü tarixi ilə bağlıdır. Müharibədən qabaqkı və sonrakı illərdə Azərbaycan tarix elminin nəhəngləri yaşayıb, fəaliyyət göstəriblər. Onların fəaliyyəti nəticəsində Azərbaycan xalqının mənşəyi, keçdiyi tarixi yol araşdırılıb. Bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, Azərbaycan tarixçilərinin böyük zəhməti hesabına beynəlxalq ensiklopediyalarda qüdrətli imperiyalar yaradan, dünya miqyasında tanınmış dövlət xadimləri, şairlər, alimlər yetişdirən xalq kimi tanınmışıq. Azərbaycan xalqının keçdiyi tarixi yolu qələmə alıb bizə təqdim edən həmin elm nəhəngləri ancaq təşəkkürə layiqdirlər. Bu elm nəhənglərinin arasında mərhum akademik Cəmil Quliyevin xüsusi yeri var.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun unudulmaz alim Cəmil Quliyevin doğum günü ilə bağlı qələmə aldığı qeydlərini təqdim edir.
Akademik Cəmil Quliyev möhkəm iradəli insan, böyük şəxsiyyət, istedadlı və qələminə inanan zəhmətkeş alim idi. O, əlinə qələm aldığı gündən Azərbaycanda tarixi hadisələri vicdanla araşdırıb, imkanı, bacarığı çərçivəsində bu şərtlərə əməl edib. Cəmil Quliyev Azərbaycan tarix elminin yaradıcılarından biridir. Mürəkkəb, ziddiyyətli, dramatizmlə dolu Azərbaycan tarixi onun mənəviyyatının və həyat mövqeyinin formalaşmasına ciddi təsir göstərmişdi. Onun yaşadığı 83 illik enişli–yoxuşlu ömür yolu böyük şəxsiyyətlərin Vətən və xalq uğrunda mübariz elm fədaisinin ibrətamiz həyat dastanıdır.
Cəmil Quliyev Azərbaycanın ən dilbər guşəsi olan Qarabağda dünyaya göz açmış, vətənimizin bu incisinin ətrini duymuş, müqəddəs suyunu içmişdi. O, 1944-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə qəbul olunub, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. O dövrdə bu şərəfə Azərbaycanın say-seçmə oğulları və qızları, ən istedadlı gəncləri layiq görülürdü. Moskvada təhsil aldığı dövrdə Cəmil müəllim ictimai-mənəvi varlığını şüurla sezməyə, tarixi müasirlik işığında dərk etməyə çalışırdı. Tarix elmini dərindən öyrəndikcə, onun mənəvi aləmində, həyat mövqeyində təbəddülat yaranırdı. O, 1949-cu ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra aspiranturada saxlanılır, 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilir. 1952-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, dosent, 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləyir.
Cəmil müəllimin elmi yaradıcılığının böyük hissəsi sovet dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycan tarix elminin vəziyyətini alim belə xatırlayırdı: “Sovet hakimiyyəti illərində tarixi bir konsepsiya əsasında yazırdılar. Bu konsepsiya tarix elmini hörmətdən saldı”. Lakin bütün maneələrə baxmayaraq, bu illər alimin yaradıcılığında ən məhsuldar dövr idi. Cəmil Quliyevin 1970-1972-ci illərdə Azərbaycan SSR-də milli məsələyə həsr olunmuş iki fundamental əsəri nəşr edilir. Sovet tarix elminin qoyduğu məhdudiyyətlərə baxmayaraq, Cəmil müəllim bu əsərlərində Azərbaycanda sovet hakimiyyətinin ilk illərində həyata keçirilən milli siyasətin bir çox qaranlıq, ziddiyyətli tərəflərinə işıq salıb. Onun həmin əsərlərində Nəriman Nərimanova münasibəti çox mühüm yer tuturdu. Cəsarətlə deyə bilərik ki, Azərbaycan xalqının çox görkəmli oğlu, böyük dövlət xadimi, misilsiz maarifçi-pedaqoq, publisist, dramaturq Nəriman Nərimanova, onun dövlətçilik təfəkkürünə, elmi və ədəbi irsinə müxtəlif dövrlərdə bəslənilmiş münasibətin necə təkamülə uğraması, doğma Azərbaycanın qurucularından biri kimi onun tarixi xidmətlərinin obyektiv elmi mövqedən işıqlandırılması baxımından Cəmil müəllimin əsərlərinə olduqca ciddi materiallar daxil edilib. Bu əsərlərdə Nəriman Nərimanovun şəninə dəyərli elmi faktlar, tutarlı dəlillər gətirilib. Bu, həmin dövr idi ki, yenicə Azərbaycan rəhbərliyinə gəlmiş ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Nəriman Nərimanovun Bakıda heykəli ucaldılmışdı. Heykəlin açılışı 1970-ci ildə olmalı idi. Lakin Moskvadan olan təzyiqlər bu işi bir qədər ləngitdi. Amma Ümummilli Lider inadından dönmədi və N.Nərimanova Azərbaycan tarixində layiqli qiymətini verdi. Bunun üçün hətta Ulu Öndərin xüsusi tapşırığı ilə Cəmil Quliyev Moskvada tam məxfi partiya arxivindən V.Leninin belə bir əlyazmasını aşkar etmişdi ki, Nəriman Nərimanova etimad göstərmək olar.
Həmin əsərlərində Cəmil müəllimin Dağlıq Qarabağ problemi ilə bağlı çox dəyərli mülahizələri, elmi düşüncələri, kəsərli-tutarlı fikirləri öz əksini tapıb. Nəriman Nərimanovun və onun Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqeyinin daha aydın başa düşülməsində alimin tarixi faktlara əsaslandığı fikirləri, həm Dağlıq Qarabağın Ermənistandan alınıb Azərbaycana “bağışlanması” haqqında elə bu günlərimizdə də səslənən erməni uydurmasının ifşası baxımından, həm də Nəriman Nərimanovun siyasi mövqeyinin düzgün dərk edilməsi üçün olduqca əhəmiyyətlidir.
Artıq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1997-ci ildə işıq üzü görmüş “Azərbaycanın ikinci respublikasının yaradılması tarixinə dair” yeni fundamental əsərində Cəmil Quliyev Azərbaycanın sovet dövrü tarixinin “ağ ləkələri” sayılan məsələlərə nadir arxiv sənədləri əsasında qiymət verib. Öz yeni əsərində Cəmil müəllim Yuxarı Zəngəzurun Ermənistana verilməsində və Dağlıq Qarabağda ermənilərə qondarma muxtariyyətin yaradılmasında Moskvadakı bolşevik rəhbərliyinin, başda İosif Stalin olmaqla, Kremlin Qafqazdakı canişini Q.Orconikidzenin məkrli siyasətinə, Azərbaycan partiya rəhbərliyində N.Nərimanov başda olmaqla milli təmayüllü kommunistlərin qeyri-millətlərdən, əsasən də ermənilərdən ibarət olan Bakı partiya təşkilatı ilə Azərbaycanın milli maraqlarının, iqtisadi suverenliyinin qorunması uğrunda apardığı mübarizə və bu vaxta kimi Azərbaycanın sovet tarixinin yazılmamış səhifələrinə aydınlıq gətirib və qiymət verib.
- Cəmil Quliyev 1972–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (EA) Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə EA-nın vitse-prezidenti, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olub. O, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib, 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü olub.
1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olan Cəmil Quliyev öz xatirələrində iftixar hissi ilə yazırdı: “Kimsə məndən soruşanda ki, həyatında ən mühüm iş nədən ibarət olub, mən məmnuniyyətlə, böyük fəxrlə Azərbaycan Ensiklopediyasının hazırlanmasını qeyd edirəm. Çünki belə bir fikir var ki, hər hansı xalqın, millətin, dövlətin ensiklopediyası varsa, bu, milli rəmz kimi həmin xalqın həm himninə, həm bayrağına, həm də Konstitusiyasına bərabərdir. Xalqımın yolunda çəkdiyim bu əziyyətə sərf etdiyim əməyə görə fəxr edirəm”. 1999-2001-ci illərdə Cəmil Quliyevin rəhbərliyi və redaktorluğu ilə Naxçıvan Muxtar Respublikası Ensiklopediyası və miniatür ensiklopedik kitab hazırlanıb kütləvi tirajla nəşr olunması da təqdirəlayiq hadisə idi.
Əməkdar Elm Xadimi Cəmil Quliyev 1997-ci ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Üç yüzdən çox məqalənin müəllifi olan Cəmil müəllimin yazılarında, məruzələrində və çıxışlarında dərin elmilik, ciddi təhlil, fikir aydınlığı var idi. Belə desək, qətiyyən səhv etmərik ki, o, çox güclü, ötkəm fəlsəfi təfəkkürə malik idi. Bunu alimin elm tarixi, o cümlədən fəlsəfi fikir tarixi, keçmiş dövrlərin görkəmli mütəfəkkirləri ilə söhbətlərində dəfələrlə müşahidə etmişəm. Elə bu fəlsəfi təfəkkürünə görə onun böyük Azərbaycan alimi, dahi mütəfəkkiri Nəsirəddin Tusinin elmi irsinin təhlilinə və şərhinə həsr olunmuş yazısı çox maraqla oxunur. Belə təsəvvür yaranır ki, Cəmil müəllim bu cür materiallar üzərində işləyərkən mükəmməl elmi-fəlsəfi mütaliə ilə məşğul olub. Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə və Məhəmməd Füzuliyə, Mirzə Fətəli Axundzadəyə, Mirzə Kazım bəyə, İsmayıl bəy Qaspıralıya, Əlimərdan bəy Topçubaşova həsr olunmuş yazıları da söylədiyimiz bu fikri bir daha təsdiq edir. Cəmil Quliyevin Azərbaycanın tanınmış elm xadimlərinə həsr olunmuş yubiley yazıları da öz elmi ciddiliyi ilə seçilir. Bunlar istər bir şəxsiyyət kimi, istərsə də müqtədir qələm sahibi, görkəmli tarixçi alim kimi Cəmil müəllimin həyat yoluna nəzər salmaq üçün olduqca əhəmiyyətlidir.

Cəbi Bəhrəmov
AMEA-nın Tarix İnstitutunun direktor müavini,
fəlsəfə doktoru