
I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-də başlayacaq.
Ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır.
Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.
2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil müəssisələrinin I sinfinə elektron sistem vasitəsi ilə 46 694 uşaq qəbul olunub.
BŞTİ-nin Mətbuat Xidməti