Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Yuxarı ellərdə səyyah bir dərviş: Yunis Əmrə” mövzusunda elmi konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, ortaq mədəniyyətimizin tarixi şəxsiyyətlərinin gənc nəsillərə öyrədilməsi və tanıdılmasıdır. Konfransda ADPU-nun rəhbərliyi, müəllimləri, magistrantları, doktorantları və tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, universitet beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində səmərəli fəaliyyət göstərir. Türkiyə ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilir.Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Biz bir millət, iki dövlətik”. Bu gün ADPU-da bu istiqamətdə növbəti uğurlu addım atılır. TİKA iqtisadiyyat, sosial, mədəniyyət, təhsil, kənd təsərrüfatı, səhiyyə, dövlət idarəçiliyi və bir çox sahələrdə texniki əməkdaşlıq və yardım fəaliyyəti göstərir. Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafına dəstək verən TİKA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri ortaq tarixi dəyərlərimizin yaşadılmasıdır. Professor A.Zamanov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Konfransın moderatoru, Türk araşdırmaları elmi-tədqiqat laboratoriyasının rəhbəri, professor Elman Quliyev bildirib ki, Yunis Əmrə Türk dünyasının böyük şəxsiyyəti, qüdrətli sənətkarı, görkəmli mütəfəkkiridir. Yunis Əmrə yaradıcılığında İslam ideologiyası mərkəzi yer tutur. Onun yaradıcılığı mövzu baxımından çox zəngindir. Yunis Əmrə Türk xalqlarının ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tarixinin görkəmli nümayəndələrindən biridir. O, böyük mənəviyyat, ruh, düşüncə sahibidir. Yunis Əmrənin yaradıcılığı bizim mənəvi cəhətdən zənginləşməyimizə kömək edir.
Yunis Əmrə irsinin tədqiqatçısı, Türkiyənin Qazi Universitetinin professoru Mustafa Tatcı və yazıçı Leyla İpekçi konfransın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Onlar çıxışlarında Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq duyduqlarını bildiriblər. Çıxışçılar Yunis Əmrənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.
Konfransın sonunda Türk xalqlarının ədəbiyyatı sahəsində göstərdiyi xidmətlərə görə professor Mustafa Tatcı və yazıçı Leyla İpekçiyə ADPU rəhbərliyinin hədiyyələri təqdim edilib. Eyni zamanda TİKA-nın Bakı proqram koordinatoru Adəm Urfa tərəfindən Türk xalqlarının ədəbiyyatı sahəsində göstərdiyi xidmətlərə görə professor Elman Quliyevə hədiyyə təqdim edilib.
Konfransdan sonra qonaqlar TÜRKSOY kafedrası və Türk araşdırmaları elmi-tədqiqat laboratoriyası ilə tanış olublar.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi