“Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı başa çatıb

“Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı başa çatıb Xəbər verdiyimiz kimi, oktyabrın 12-14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı keçirilib. Beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edib. Konfransda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Təhsil Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) məsul şəxsləri, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, Yunis Əmrə İnstitutunun nümayəndələri, ali təhsil müəssisələrinin tanınmış və nüfuzlu pedaqoq-alimləri iştirak ediblər.
Oktyabrın 13-də beynəlxalq elmi konfransın yekun iclası keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, bu konfransın Azərbaycan-Türkiyə münasibətlərində xüsusi yeri var. Konfransın 6 bölmədə keçirilən iclaslarında ümumilikdə 83 elmi məruzə dinlənilərək müzakirə edilib. Konfrans Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi və bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Konfransın keçirilməsi həm Azərbaycanın, həm də qardaş Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında əlamətdar bir hadisədir. Konfrans mediada geniş işıqlandıırılıb, ictimai maraqa səbəb olub. Konfrans Azərbaycanla Türkiyə arasında əlaqə və münasibətlərin genişlənməsinə səmərəli təsir edəcək. Rektor beynəlxalq elmi konfransa ADPU-nun ev sahibliyi etməsindən qürur duyduğunu bildirib və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.
Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın konfransın yüksək səviyyədə keçirilməsinə görə ADPU-nun və ATMU-nun rəhbərliyinə təşəkkür edib, iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən məmnunluq duyduğunu vurğulayıb.
İclasda konfrans iştirakçılarına sertfikatlar təqdim edilib. Sonda ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin birləşmiş xoru, müəllim və tələbələri və eləcə də ATMU-nun tələbələri konsert proqramı ilə çıxış ediblər. İfa edilən xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının əsərləri hamıda xoş əhvali-ruhiyə yaradıb.
Qeyd edək ki, konfransdan sonra qonaqların Bakının görməli yerləri ilə tanışlığı da təşkil edilib. Konfransda edilən məruzələrin “Azərbaycan-Türkiyə münasibətləri II Beynəlxalq elmi konfransının materialları” adı ilə çap olunması nəzərdə tutulur.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


“Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı başa çatıb

“Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı başa çatıb


Oxşar xəbərlər