Fevralın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji kadr hazırlığına sinergetik yanaşma” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, universitetin fakültə dekanları, kafedra müdirləri, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və filialların müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və ali təhsil müəssisələrinin alim-mütəxəssisləri, Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, “Pedaqoji kadr hazırlığına sinergetik yanaşma” konfransı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında keçirilir. Konfransın keçirilməsi üçün ADPU-nun rektoru, professor Cəfər Cəfərovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Qeyd edib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının əsas məqsədi təhsil sistemimizin dünyanın inkişaf etmiş ölkələrinin təhsil səviyyəsinə uyğunlaşmasıdır. Müasir dövrümüzdə pedaqoji kadr hazırlığına böyük diqqət yetirilir. Hazırda ölkəmizdə tədqiqat universitetlərinin yaradılması istiqamətində işlər həyata keçirilir. Biz ADPU-nun tədqiqat universiteti kimi formalaşması üçün birgə əzmlə çalışmalıyıq. Bu konfransın keçirilməsi elmi-tədqiqatların sinergetika istiqamətinə yönəldilməsinə xidmət edir. Sinergetika XX əsrin 70-ci illərində yaranıb. Sinergetikanın bir neçə elmi istiqaməti var. Pedaqoji kadr hazırlığına sinergetik yanaşma bu sahənin inkişafına səmərəli təsir göstərə bilər. Biz bu sahədə elmi-tədqiqatları genişləndirməliyik. Professor A.Zamanov çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayıb.
Konfransın plenar iclasında Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayev, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış edərək pedaqoji kadr hazırlığına sinergetik yanaşmanı yeni bir yanaşma və metodologiya kimi qiymətləndirərək onun sağlam təhsil mühitinin formalaşmasına müsbət təsir göstərdiyini vurğulayıblar. Çıxış edənlər bu mövzuda konfransın keçirilməsini yüksək qiymətləndirərək konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında dosent Amaliya Həsənovanın “Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili” və Günay Nəzərlinin “Pedaqoji sinergetikanın elmi-nəzəri istiqamətləri” mövzusunda məruzələri dinlənilib.
Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın 3 bölmədə keçirilən iclaslarında ümumilikdə 66 məruzə dinlənilərək müzakirə edilib.
Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərar qəbul edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi