
Qeyd edək ki, konfransın proqramına əsasən iştirakçıların əvvəlcə Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını, eləcə də Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi üğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk əsgəri abidəsini ziyarət edərək “Əbədi məşəl” kompleksi, həmçinin Türk əsgəri abidəsinin önünə gül dəstələri qoymaları nəzərdə tutulur. Konfransın ADPU-nun Böyük Akt zalında keçiriləcək plenar iclasında hər iki ölkənin dövlət himnləri səsləndiriləcək, təbrik məktubları oxunacaq, çıxışlar dinləniləcək. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirəcək. Konfransın 6 bölmədə keçiriləcək iclaslarında ümumilikdə 84 elmi məruzənin dinlənilib müzakirə olunması nəzərdə tutulur. 3 gün davam edəcək beynəlxalq elmi konfrans oktyabrın 14-də başa çatacaq. Qeyd etmək lazımdır ki, bu, ADPU-nun son bir ayda keçirdiyi sayca ikinci beynəlxalq elmi konfransdır. Xatırladaq ki, sentyabrın 12-14-də AMEA-nın, ADPU-nun, Xəzər Universitetinin, Türkiyənin Səlcuq Universitetinin, Sütçü İmam Universitetinin və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “INOCTE-2017” “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransı yüksək səviyyədə təşkil edilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi