Qvatemalada vulkan püskürdükdən sonra xilasetmə işləri dayandırılıb

Qvatemalada vulkan püskürdükdən sonra xilasetmə işləri dayandırılıb Qvatemala hakimiyyəti Fueqo vulkanının püskürməsindən sonra xilasetmə işlərini dayandırıb.
Bu qərar vulkanın aktivləşməsi və iqlim şəraitinin dəyişməsindən sonra qəbul edilib. İşlərin neçə müddətlik dayandırıldığı hələlik bildirilmir.
Qeyd edək ki, Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. Lakin hakimiyyət rəsmi olaraq 33 nəfərin öldüyünü və 46 nəfərin yaralandığını təsdiq edib.

Tehsil-press.az

Oxşar xəbərlər