Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 32-yə çatıb. Hadisə nəticəsində daha 52 nəfər xəsarət alıb. Daha öncə 26 nəfərin öldüyü, 18 nəfərin isə yaralandığı bildirilirdi. Partlayış Kabil Universitetinin yaxınlığında insanların Novruz bayramını qeyd etdiyi zaman törədilib.