Qasırğa nəticəsində ölənlərin sayı 10-a çatıb

Qasırğa nəticəsində ölənlərin sayı 10-a çatıb Qərbi Avropada qasırğa nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
6 nəfər Almaniyada həlak olub. Həlak olanların əksəriyyəti yol qəzalarının qurbanı olub. Yol qəzalarına səbəb pis hava şəraiti olub. Onlardan 2-si yanğınsöndürən olub.
Niderlandda qasırğa azı 3 nəfərin ölümünə səbəb olub. Bundan əlavə hava şəraitinin pis olması səbəbindən Shiphol hava limanı bağlanıb. Daha bir nəfər Belçikada həlak olub.

Təhsil-press.az

Oxşar xəbərlər