Qvatemalada vulkana qalxan 6 turist donaraq ölüb

Qvatemalada vulkana qalxan 6 turist donaraq ölüb Qvatemalada Akantenanqo vulkanına qalxarkən ölən turistlərin sayı 6-ya çatıb.

Tehsil-press.az-ın verdiyi məlumata görə, ötən şənbə günü iki turist qrupu vulkana qalxmağa başlayıb. Lakin sonra havanın temperaturu kəskin aşağı düşüb və başlayan güclü külək turistlərin çadırlarını dağıdıb.
Məlumata əsasən, hələlik 2 nəfərin həyatını xilas etmək mümkün olub. Yerli xilasetmə xidmətlərinin iştirakı ilə xilasetmə əməliyyatı davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər