Respublika ərazisində hava əsasən yağmursuz olacaq

Respublika ərazisində hava əsasən yağmursuz olacaq Azərbaycanda avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Avqustun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°, gündüz 28-33° isti təşkil edəcək.
Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var.

Tehsil-press.az

Oxşar xəbərlər