Gənc Kooperatorların III Liderlik Məktəbi açılıb

Gənc Kooperatorların III Liderlik Məktəbi açılıb Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənc Kooperatorların III Liderlik Məktəbinin açılış mərasimi və ilk təlimi keçirilib.
Tədbirdə beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor Aygün Quliyeva layihənin məqsədi haqqında məlumat verib. Qeyd edib ki, iki gün ərzində keçiriləcək Gənc Kooperatorların III Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında liderlik keyfiyyətlərinin üzə çıxarılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrini vurğulayıb.
Digər çıxış edənlər tarixdə liderliyin böyük rolundan söz açıblar. Qeyd olunub ki, liderlik keyfiyyətləri təkcə dövlət başçıları, siyasi xadimlər üçün deyil, hər bir şəxs üçün vacibdir. Hər müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. Gənc Kooperatorların III Liderlik Məktəbi çərçivəsində də liderlik keyfiyyətlərinin gənclərdə aşılanması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər