“Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə”nin layihəsi hazırlanacaq

“Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə”nin layihəsi hazırlanacaq “Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə”nin layihəsi hazırlanacaq.
Sənəd layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” üzrə hazırlanacaq. Əsas hədəf kadr qurumlarının insan resurslarının idarə edilməsi sahəsində fəaliyyətin düzgün və effektiv təşkil edilməsidir.
Strategiyada Azərbaycan Respublikası Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.
Xatırladaq ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

Tehsil-press.az



Oxşar xəbərlər