Nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydaları hazırlanacaq

Nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydaları hazırlanacaq “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində vətəndaşların nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları hazırlanacaq.
Müvafiq Dövlət Proqramında Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.
Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

Tehsil-press.az

Oxşar xəbərlər