BDU-da təlim: “Springer Nature Autohor Workshop”

BDU-da təlim: “Springer Nature Autohor Workshop” Aprelin 17-də Bakı Dövlət Universitetində “Springer Nature Autohor Workshop” mövzusunda təlim keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elçin Babayev dövlətimiz tərəfindən elmi tədqiqatların intensivliyinin artırılmasına və elmi nəticələrin dünyada tanıdılmasına böyük önəm verildiyini söyləyib. Bildirilib ki, bu baxımdan Azərbaycanda əldə olunan elmi nəticələrin dünyanın nüfuzlu elmi jurnallarında dərc edilməsi, əməkdaşlıq əlaqələrinin qurulması böyük önəm daşıyır.
E.Babayev müasir dövrdə məqalələrin yazılmasında bəzi çətinlik və problemlərin olduğunu söyləyib. O deyib ki, məqalələrin ingilis dilində yazılması qaydalarına riayət etmək, onları lakonik, eyni zamanda, dolğun və savadlı şəkildə çatdırmaq xüsusi bacarıq tələb edir.
Qeyd olunub ki, dünyada “yırtıcı jurnallar” adlanan şəbəkələr bəzən alimləri aldadaraq “nüfuzlu” adı altında onların məqalələrini dərc etməyə cəhd göstərir. Tədbirin əsas məqsədlərindən biri də gəncləri bu cür jurnallar barədə məlumatlandırmaq, onların diqqətini nüfuzlu, impakt faktorlu nəşrlərə yönəltməkdir.
Seminarda “Springer Nature” şirkətinin lisenziyalaşdırma müdiri Merve Okur Karagülle Azərbaycan və “Springer Nature” əməkdaşlığının perspektivlərinə dair fikirlərini bölüşüb.
Şirkətin satış direktoru Şahin Giray isə effektiv əlaqələndirici olmağın yolları, məqalə əlyazmasının çapa hazırlanması, düzgün elmi jurnal seçimi və elmi məqalənin dərc edilməsi üçün təqdimolunma prosesi haqqında danışıb.
Sonda suallar cavablandırılıb.

BDU-nun Mətbuat Xidməti


BDU-da təlim: “Springer Nature Autohor Workshop”

Oxşar xəbərlər