
Aeroportda adət-ənənəyə uyğun olaraq qonaqları Ukraynaya məxsus milli geyimli şəxslər duz-çörəklə qarşılayıblar. Bu zaman Baş Nazir salamlama çörəyindən bir tikə qopararaq duza batırıb və Sara Netanyahuya uzadıb. O isə çörəyi yerə atıb. Həmin anlar kameralar tərəfindən görüntülənib.
İsrail mediası qeyd edir ki, xanım Netanyahu hələ İsraildən Ukraynaya uçarkən əhvalı yaxşı olmayıb. Belə ki, onu təyyarə pilotunun düzgün formada salamlamaması qəzəbləndirib.
Aysel Kərimova