“İlahiyyatçı” qəzetinin avqust buraxılışı nəşr olunub

“İlahiyyatçı” qəzetinin avqust buraxılışı nəşr olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin avqust buraxılışı çap olunub.
Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan xalqına Qurban Bayramı münasibətilə təbrikləri yer alıb. Həmçinin səhifədə Prezident İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı və anadan olmasının 70, fəaliyyətinin 40 illiyi münasibətilə ünvanladığı təbrik məktubu dərc edilib.
Qəzetin ikinci səhifəsində yer alan “Azərbaycanın tərəqqisinə həsr olunmuş ömür” başlıqlı məqalədə Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir.
Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı kitabına həsr olunmuş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış” başlıqlı yazı ilə qəzetin üçüncü səhifəsində tanış olmaq olar.
Dördüncü və beşinci səhifələrdə “Bakıda “Şeyxülislam Allahşükür Paşazadə 70–Mənəviyyata həsr olunmuş ömür” adlı konfrans keçirilib” və “Şeyxülislam-70” başlıqlı yazılar öz əksini tapıb. “Şeyxülislam-70” məqaləsi ilə institut kollektivi Şeyxi təbrik edib.
Aİİ-nin rektoru Ceyhun Məmmədovun AZƏRTAC-a müsahibəsi qəzetin altıncı səhifəsində dərc olunub.
Mətbu orqanın avqust buraxılışında, həmçinin “Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri mövzusunda seminar”, “Yüksək balla Aİİ-ni seçdi”, “19 ildən sonra tələbə adını qazanan Günel Aslanova”, “Tələbə adı alanlar qeydiyyatdan keçdi”, “2019-2020-ci tədris ili üzrə qəbul planı 100 faiz yerinə yetirildi”, “Tələbələrimizin Türkiyədə yay məktəbi”, “Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Aİİ-ni ziyarət edib”, “İslamşünaslıq ixtisasına qabiliyyətli abituriyentlər seçildi”, “XII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcəyik”, “Ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfrans materialları çapdan çıxıb”, “İslamda quban ibadəti”, “Azərbaycan Respublikasının Konstitusiyası fars dilinə tərcümə edilib” başlıqlı məqalələr verilib.
Qəzetin müxtəlif səhifələrində institut əməkdaşlarının “İslam elmlərinin inkişafında azərbaycanlı alimlərin rolu”, “Mən iki fərqli sivilizasiyanın övladıyam”, “Mötədilliyin fəlsəfi əsasları”, “Pozitiv və dini əxlaq haqqında faydalı qeydlər”, “İkinci müəllim və görkəmli filosof Əbu Nəsr Farabi (872/3-950)”, “Çingiz torpağın köksünə azadlıq toxumu səpdi” başlıqlı məqalələr var.
“Hərbi pilotumuz dəfn edildi” başlıqlı yazı isə “İlahiyyatçı” qəzetinin avqust buraxılışının son səhifəsində yer alıb.
Xatırladaq ki, “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd institutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər