Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
İyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirdi.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış etdilər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra iftar süfrəsi açıldı.
Təhsil-press.az
- Baxış: 7227
Xəbərin tarixi: 20.06.2017 / 22:51
-
Oxşar xəbərlər
Ramazanın 26-cı günü: dua, imsak və iftar vaxtı
Ramazanın 19-cu günü: dua, imsak və iftar vaxtı
Sabahın duası - İmsak və iftar vaxtı
Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
Ramazanın 11-ci gününün duası, imsak və iftar vaxtı
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı
Ramazanın 7-ci gününün duası, imsak və iftar vaxtı
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Allahşükür Paşazadə İspaniyaya səfər edəcək
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb
İran səfirindən Qarabağ çağırışı
Prezident İlham Əliyev: Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın bir ...