Aİİ-nin “İlahiyyatçı” qəzetinin iyun buraxılışı nəşr olunub

Aİİ-nin “İlahiyyatçı” qəzetinin iyun buraxılışı nəşr olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin iyun buraxılışı çap olunub.
Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ramazan Bayramı münasibətilə bağlı təbrikləri yer alıb.
Qəzetin ikinci səhifəsində Aİİ rektoru Ceyhun Məmmədovun ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışına həsr olunmuş “Milli Qurtuluşumuzun banisi” başlıqlı məqaləsi dərc olunub.
Mətbu orqanın 3-cü səhifəsində 19 iyun 2019-cu il tarixdə Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin; KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin; Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi və Azərbaycanın Avstriyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda keçirilən beynəlxalq konfrans haqqında geniş yazı yer alıb.
Qəzetin dördüncü səhifəsində dərc olunan “Azərbaycan Republikasında dövlət qulluğu sisteminin əhəmiyyəti və mahiyyəti” adlı məqalədə bugünkü Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemindən; ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ali rəhbərliyə gəldikdən sonra, kadr siyasətində həyata keçirdiyi tədbirlərin milli dövlətçilik baxımından xüsusi əhəmiyyətindən; dövlət qulluğunun düzgün təşkilinin dövlət qulluqçularının peşəkarlıq səviyyəsini gündən-günə yüksəltməyə zəmin yaratmasından; dövlət idarəçiliyinin səmərəliliyinin ixtisaslı kadrların hazırlanması və qulluğa cəlb olunması ilə təmin edilməsindən danışılır.
“İlahiyyatçı” qəzetinin iyun buraxılışında, həmçinin “Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun tələbələrə və onların valideynlərinə müraciəti”; 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir”; “Zaqatalada din xadimləri birgə vəhdət namazı qılıblar”; “Yay imtahan sessiyasının gedişatı izlənib”; “İmtahanlar davam edir”; “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminar”; “Gender əsaslı zorakılıq” mövzusunda təlim təşkil olunub”; “Azərbaycan İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu”; “Aİİ-nin kafedra müdiri UNEC-də məruzə ilə çıxış edib” başlıqlı məqalələr dərc olunub.
Həmçinin qəzetdə tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara istiqamətləndirilməsi məqsədilə təşkil olunan müxtəlif mövzularda görüşləri əks etdirən tədbirlər yer alıb: “Tələbələrlə görüş”; “Çin Xalq Respublikasının “Nanjing Hanjia Cultural Exchange” Təşkilatının nümayəndələri ilə görüş”; “Kamil Musəvi ilə görüş”, “Xalq artisti Arif Quliyev ilə görüş” yazıları bu qəbildəndir.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri qəzetdə “Azərbaycan İlahiyyat İnstitutu bölgələrdə” başlıqlı yazıda dərc olunub. Məqalədə Biləsuvarda, Mingəçevirdə keçirilən görüşlər barədə ətraflı məlumat verilib.
Qəzetin müxtəlif səhifələrində eyni zamanda İnstitut əməkdaşlarının “Regionun ən güclü hərbi qüvvəsi: Azərbaycan Ordusu”; “İkinci dilin tədrisində motivasiya amili”; “İlham və Fərizə”; “Говори благое либо молчи”; “Mirzə Cəlil dühası”; “Qədər haqqında nə bilirik?”; “Mötədillikdən nəyi anlamalıyıq?” başlıqlı məqalələri əksini tapıb.
Qəzetdə, həmçinin İnstitut tələbələrinin “Milli geyimlərimiz” və “Qarabağım” yazıları dərc olunub.
“Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir” başlıqlı yazı qəzetin son səhifəsində yer alıb.
Məlumat üçün bildirək ki, “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər