
Görüş Mahaçqala şəhərində baş tutub. Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap Nurməhəmmədov də iştirak edib. Qələbə münasibətilə Həbibi təbrik edən Putin Əbdülmanap Nurməhəmmədova da təbriklərini çatdırıb:
“Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.
Xatırladaq ki, Həbib sentyabrın 7-də Əbu-Dabidə amerikalı Dastin Puaryeyə qalib gələrək növbəti dəfə çempion titulunu qoruyub.
Tehsil-press.az