Makqreqor karyerasını bitirdi - Həbib bu şərhi yazdı

Makqreqor karyerasını bitirdi - Həbib bu şərhi yazdı Qarışıq döyüş növləri üzrə idmançı Konor Makqreqor karyerasını başa vurub.
O, bu barədə şəxsi tvitter hesabında məlumat yayıb.
30 yaşlı idmançı “Mən UFC-da olan karyeramı bitirmək qərarı aldım. Köhnə həmkarlarıma uğurlar arzu edirəm!”, - deyə açıqlama verib.
Sahəsi üzrə ən güclü idmançılardan hesab edilən Makqreqor keçirdiyi 24 döyüşün 21-də qalib gəlib. O, son döyüşündə əzəli rəqibi, rusiyalı döyüşçü Həbib Nurməhəmmədova uduzub.
Nurməhəmmədov də Makqreqorun idmandan getməyinə özünəməxsus münasibət bildirib. İdmançı şəxsi tvitterində öz çempion kəməri ilə fotosunu paylaşaraq “Cəngəllikdə yalnız bir kral ola bilər. Yalnız bir!” şərhini yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər