Təhsil naziri peşə təhsili müəssisələrinin işçilərini mükafatlandırıb

Təhsil naziri peşə təhsili müəssisələrinin işçilərini mükafatlandırıb Təhsil naziri Ceyhun Bayramov təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təltif edib.
Təltif edilənlər sırasında peşə təhsili müəssisələrinin əməkdaşları da yer alıblar.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Liseyinin tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova, 5 nömrəli Bakı Peşə Məktəbinin direktoru, tarix müəllimi Pərviz Həmzəyev “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Liseyinin ixtisas fənn müəllimi Nərmin Həsənova və istehsalat təlim ustası Xanım Mirzəyeva, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 2 nömrəli Gəncə Peşə Liseyinin direktoru Şahin Məhərrəmov fəxri fərmana layiq görülüblər.

Tehsil-press.az

Oxşar xəbərlər