Komitə sədri: Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək

Komitə sədri: Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək Bu gün yaxşı fəaliyyət göstərən, eləcə də zəif, büdcəsi az olan bələdiyyələr var.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bələdiyyələrin hüquqi bazası demək olar ki, tamamlanıb: "Zamanın tələbi ilə müəyyən düzəlişlər edilir. Bələdiyyələrin fəaliyyətlərini tam qura bilməsi üçün onların maliyyə imkanları olmalıdır. Dövlət büdcəsindən onlara dotasiya və subvensiya da ayrılır. Ancaq baxaq görək bələdiyyələr tərəfindən vergilər tam yığılırmı? Xeyr! Çünki bələdiyyələr öz torpaq ərazilərinin sərhədlərini tam müəyyən edə bilmirlər. Bələdiyyənin yaxşı işləyə bilməsi üçün onlarla insanlar arasında bağlantı olmalıdır, bu məsuliyyəti hər birimiz hiss etməliyik".
Komitə sədri, həmçinin qeyd edib ki, Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək:
"İlk növbədə o bələdiyyələrə dotasiya veriləcək ki, onların imkanları məhduddur. Hazırda bununla bağlı Milli Məclis və Prezident Administrasiyası tərəfindən birgə iş aparılır".

Tehsil-press.az

Oxşar xəbərlər