İraq parlamenti yeni seçki qanunu qəbul etdi

İraq parlamenti yeni seçki qanunu qəbul etdi İraq parlamenti aylardır etirazçıların tələb etdiyi seçki haqqında yeni qanunu qəbul edib.
Səsvermənin nəticələrini parlamentin spikeri Məhəmməd əl-Halbusi elan edib. Yeni qanuna əsasən, ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Seçkilərdə qaliblər səslərin əksəriyyətini toplayanlar olacaq. Namizədlik isə fərdi qaydada irəli sürüləcək.
Yeni qanunla bağlı səsvermə əvvəllər deputatlar arasındakı ixtilaflar səbəbindən dəfələrlə təxirə salınmışdı.
Əl-Halbusi, həmçinin, qeyd edib ki, bundan sonra məmurlara ikili vətəndaşlıq da qadağan ediləcək.
Xatırladaq ki, İraqda bu ilin oktyabrından kütləvi etiraz aksiyaları keçirilir. Nümayişçilər hökumətin istefasını, korrupsiya, işsizliklə mübarizə, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. İndiyədək aksiyalarda 400-dən çox insan ölüb, 15 min nəfər yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər