Hökumətin istefasını tələb edirlər

Hökumətin istefasını tələb edirlər Təxminən 500 min nəfər hökumət əleyhinə etiraz aksiyasının 6-cı günü Rumıniya küçələrinə çıxıb.

Tehsil-press.az-ın verdiyi məlumata görə, Rumıniyanın Nazirlər Kabineti Cinayət məcəlləsinə düzəlişləri ləğv etməyinə baxmayaraq mitinqlər davam edir. Bu etiraz aksiyasını yerli mətbuat son 25 ildə ən böyük etiraz aksiyası adlandırıb. Nümayişçilər hökümətə inanmadiqlarını bildirir və hökumətin istefasını tələb edirlər.
Bundan əvvəl Rumıniyanın baş naziri Sorin Qrindyanu yerli telekanala müsahibəsində istefaya getməyəcəyini bəyan edib.

Tehsil-press.az

Oxşar xəbərlər