MSK sədri siyasi partiyalara xəbərdarlıq etdi

MSK sədri siyasi partiyalara xəbərdarlıq etdi “Seçkiyə azı 10 gün qalmış bülletenlər hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq”. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri, həmçinin çıxışında siyasi partiyalara da xəbərdarlıq edib. O bildirib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb.
“Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o, şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu halda həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaqlar. Bu barədə partiyalar növbəti iclasımıza qədər bizə məlumat verməlidir”, - deyə M. Pənahov vurğulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər