"Maşın, villa aldılar, amma..." - Almaz Ələsgərova

Əməkdar artist Almaz Ələsgərova bayağı mahnı oxuyanlardan danışıb.

Müğənni "İncə səhər" proqramında bununla bağlı söhbət açıb.

O bildirib ki, bayağı mahnı oxuyanlar var-dövlət yığıb, sənəti unudub:

"Maşın, ev, villa aldılar. "Maybach" da aldılar. Amma heç nəyi dəyişmədilər. Mahnılar elə o tərzdə gedir. Mahnıda bir dəyişiklik yoxdur. Söz, musiqi və ifaçı bir-birini tamamlamalıdır. İndiki mahnılar oyuncaqdır. Bir tərzə gedir. Bizim müğənnilər mahnıları toy üçün yazdırır. Bilirəm, pul qazanmaq lazımdır".

Tehsil-press.az

Oxşar xəbərlər