Zaqatalada 44 yaşlı kişi intihar edib. İntihar hadisəsi ötən gün rayonun Muxax kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Rasim Yaqubov yaşadığı ünvanda özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.