25 və 27 yaşlı gənclər intihar etdi - Azərbaycanda

25 və 27 yaşlı gənclər intihar etdi - Azərbaycanda Ötən gün Cəlilabadda intihar hadisəsi qeydə alınıb. Hadisə Təbriz küçəsində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Qasımov Sahib özünü asaraq intihar edib. Hadisənin səbəbləri araşdırılır.
Eyni gündə daha bir intihar hadisəsi Masallıda baş verib. 1992-ci il təvəllüdlü rayon sakini Ravin Həmzəyev özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırma başlanıb.

Murad Əhməd

Oxşar xəbərlər