Zaqatalada 84 yaşlı kişi özünü asdı

Zaqatalada 84 yaşlı kişi özünü asdı Zaqatalada intihar hadisəsi baş verib.

Tehsil-press.az-ın məlumatına görə, bu gün saat 14 radələrində rayonun Suvagil kənd sakini, 1932-ci il təvəllüdlü Cəlal Əsədullah oğlu Fətəliyevin meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə aşkar olunub. Hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı Cəlal Fətəliyevin intihar etdiyi məlum olub. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər