"Brent" markalı neftin qiyməti 6,1 faiz artıb (ƏLAVƏ OLUNUB)

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında martın 19-u saat 03:10 (GMT+4) üçün 6,1 faiz qalxaraq 2642 dollar/barel təşkil edib.
"WTI" markalı neftin qiyməti isə 12,3 faiz artaraq, 23,4 dollar/barel təşkil edib.
XXX
21:40
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında martın 18-i saat 21:37 (GMT+4) üçün 13,3 faiz düşərək 24,9 dollar/barel təşkil edib.
Son dəfə "Brent" markalı neftin qiyməti 2003-cü ilin may ayında 25 dollardan aşağı olub.
Bundan əlavə, "WTI" markalı neftin qiyməti isə 21,3 faiz düşərək, 21,5 dollar/barel təşkil edib. Son dəfə bu markalı neftin qiyməti 2002-ci ilin mart ayında bu səviyyədə olub.

Tehsil-press.az

Oxşar xəbərlər