Azərbaycan neftinin qiyməti 57 dollara çatır

Azərbaycan neftinin qiyməti 57 dollara çatır Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,33 dollar bahalaşaraq 52,83 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,36 dollar artaraq 55,69 dollar olub.
Tehsil-press.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,94 dollar bahalaşaraq 56,83 dollar təşkil edib.

Tehsil-press.az

Oxşar xəbərlər