Universitet: Dünyada koronavirusa yoluxma hallarının sayı 3,5 milyonu ötüb

Universitet: Dünyada koronavirusa yoluxma hallarının sayı 3,5 milyonu ötüb Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3,5 milyon nəfəri ötüb.
Bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.
Məlumata əsasən, hazırda dünyada koronavirusa yoluxanların sayı 3 502 126 nəfər, koronavirusdan ölənlərin sayı isə 247 107 nəfərə çatıb.
Bildirilir ki, 1 119 817 nəfər koronavirusdan sağalıb.
Ən çox yoluxma halları ABŞ-da (1 156 924 yoluxma halı, 67 451 ölüm halı), İspaniyada (217 466), İtaliyada (210 717) və Böyük Britaniyada (187 840) qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər