“Abituriyentlər üçün dərs vaxtı” başlayır

“Abituriyentlər üçün dərs vaxtı” başlayır İyunun 16-da “Mədəniyyət” telekanalında “Dərs vaxtı”nın abituriyentlər üçün yayımına start verilir.
Bildirilib ki, teledərslər bu formatda iyulun 17-dək davam edəcək. Teledərslərin ilk dərs cədvəli təqdim edilib. “Dərs vaxtı” abituriyentlərin təhsillərini davam etdirmək arzusunu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğunu bildirir.
Qeyd edilib ki, “Dərs vaxtı”nda ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və sair təqdim olunacaq. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.
Təhsil Nazirliyi “Abituriyentlər üçün dərs vaxtı”nı izləməyi tövsiyə edir.

Tehsil-press.az

Oxşar xəbərlər