Memarlıq və İnşaat Universitetində rəsm müsabiqəsi: Biz birlikdə güclüyük

Memarlıq və İnşaat Universitetində rəsm müsabiqəsi: Biz birlikdə güclüyük Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT) “Biz birlikdə güclüyük” rəsm müsabiqəsi elan edib.
“Pandemiya şəraitində biz” devizi altında keçiriləcək müsabiqəyə işlərin qəbulu iyulun 22-dək aparılacaq.
İlk 3 yerin qalibi Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov tərəfindən müəyyən ediləcək. Qaliblər diplomla təltif olunacaqlar.
İyulun 25-də rəssam Nizar Məmmədovla görüş zamanı qaliblərin adları açıqlanacaq və diplomlar təqdim ediləcək.

Tehsil-press.az



Oxşar xəbərlər