Memarlıq və İnşaat Universitetində 999 onlayn imtahan keçirilib

Memarlıq və İnşaat Universitetində 999 onlayn imtahan keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.
Bu günədək universitetdə 506 qrup üzrə 999 onlayn imtahan keçirilib. İmtahanlardan 690-ı test, 309-u yazılı formatda olub. Ümumilikdə 118 fənn üzrə onlayn imtahanlara 11985 tələbə qoşulub. Bu tələbələrdən 8282 nəfəri test, 3703 nəfəri isə yazılı imtahan verib.
Bütün imtahan prosesi tədris işləri üzrə prorektor, dekanlar və İKT mərkəzində xüsusi təlim keçmiş 61 nəzarətçi tərəfindən izlənilib. İmtahanlarda iştirak edən tələbələrin müvəffəqiyyət göstəriciləri qənaətbəxş hesab olunub.
Xatırladaq ki, AzMİU-da imtahan sessiya iyulun 20-də yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər