
Bu barədə Tehsil-press.az–a Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) müəllimi, memar Tərlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, ölkəmizi tədbirdə Azərbaycanın Əməkdar memarı, AzMİU-nun memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və fakültənin baş müəllimi İlqar Əliyev təmsil ediblər.
Memar qeyd edib ki, AzMİU-nun tələbələri müsabiqədən uğurla qayıdıblar. Müsabiqəyə bakalavr və magistr pilləsi üzrə 24 iş təqdim edən memarlıq fakültəsinin tələbələri MOOCAO-nun 1-ci və 2-ci dərəcəli diplomları ilə təltif olunublar. Bakalavrlardan birinin işi isə Beynəlxalq Memarlar İttifaqları Assosiasiyasının (MASA) əlavə diplomuna layiq görülüb.
Tərlan Əliyevin 4 tələbəsi - Əminə Abbasova, Aminə Talıblı, Aysel Misirxanlı və Ülvi Rəsulzadənin diplom buraxılış işləri də müsabiqəyə təqdim edilib. Onların dördü də diplomlar qazanıb.
Tehsil-press.az