Almaniyada təyyarə yaşayış evinə çırpıldı, ölənlər var
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Vezel şəhərində yüngülmühərrikli təyyarə yaşayış evinə çırpılıb.
Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılardan biri azyaşlıdır.
Yaşayış evində bir və ya iki ailənin yaşadığı bildirilir. Qəzanın səbəbi hələ müəyyənləşdirilməyib.
Tehsil-press.az
- Baxış: 3540
Xəbərin tarixi: 27.07.2020 / 10:28
-
Oxşar xəbərlər